15 C
Baku
Saturday, October 19, 2024

Aşqabadda sıxlıq problemini həll etmək üçün bankomatlar sökülür

Aşqabadda sıxlıq problemini həll etmək üçün bank binalarından kənarda yerləşən bankomatlar sökülür

Türkmənistanın Aşqabad şəhərində sıxlıq problemini həll etmək üçün bank binalarından kənarda yerləşən bankomatlar sökülür.
Bildirildiyi kimi, Rusiya və Tekinski bazarlarında, həmçinin əhali arasında populyar olan ticarət mərkəzlərindəki bankomatlar sökülüb.
Əvvəllər yüzlərlə insan pullarını çıxarmaq üçün bankomatlar qarşısında toplaşırdı. ATM-lərin sayının azalması səbəbindən paytaxt sakinləri uzun müddət ərzində növbədə dayanmağa məcbur olurdular.
Xatırladaq ki, bir həftə əvvəl Aşqabad sakinlərinin Səhiyyə Nazirliyinin tələblərinə baxmayaraq sosial məsafə saxlamaması barədə məlumat yayılmışdır.
İyulun 19-da Aşqabaddakı avtobus dayanacaqlarında ictimai nəqliyyatda tibbi maska və əlcək taxmaq, digər sərnişinlərlə ən azı yarım metr mesafə saxlamaq, o cümlədən “sanitariya normalarına əməl etmək” tələbləri ilə elanlar yerləşdirildi.
Qeyd edək ki, Türkmənistanda iyulun 21-dən ticarət mərkəzləri və bazarlar, idman zalları və hövuzlar, habelə xidmət sahəsində fəaliyyət göstərən müəssisələrin işi bərpa olunmuşdur.
Son xəbərlər
Digər xəbərlər