Vətəndaşlara səhv göndərilən koronavirus nəticələrinin ümumi statistikaya təsiri ilə bağlı rəsmi açıqlama

“İyunun 25 və 26-da its.gov.az portalından koronavirus testinin nəticələri ilə bağlı vətəndaşlara göndərilən səhv SMS-lərin ümumi statistikaya heç bir təsiri yoxdur”.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Məlumatda qeyd edilib ki, yanlışlıq, sadəcə, SMS-lərlə bağlı olub:

“SMS-lərin göndərilməsində yanlışlıq isə texniki xəta ilə əlaqədardır. İyulun 27-dən başlayaraq test nəticələri ilə bağlı vətəndaşlara yeni SMS-lər göndəriləcək”.

Qeyd edək ki, agentliyin iyulun 25-i və 26-da vətəndaşlara göndərilən SMS-lərdə texniki səbəbdən səhv olması ilə bağlı açıqlamasından sonra sosial şəbəkələrdə baş verən yanlışlığın ümumi statistikaya təsiri haqqında iddialar yer alıb.

MənbəOxu.az
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər