İtaliya Mülki Müdafiə Departamenti koronavirus pandemiyası ilə mübarizə çərçivəsundə Azərbaycana tibbi missiya göndərir.
Bu barədə qurumun “Twitter” səhifəsində bildirilib.
Qeyd olunur ki, departament Azərbaycana 11 nəfərdən ibarət heyət yola salır:
“İtaliya koronavirusla mübarizənin mərhələləri ilə üzləşən ölkələrə yardımını davam etdirir. Hər zaman ön xətdə olan tibb işçilərimizə təşəkkürümüzü bildiririk”.