17 C
Baku
Saturday, May 4, 2024

“Qarant İnvest”in lisenziyası dayandırılıb

Anar Məmmədova məxsus şirkətin lisenziyasının dayandırılmasının səbəblərinə aydınlıq gətirilməyib.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən “Qarant İnvest” MMC-nin lisenziya fəaliyyəti dayandırılıb. Komitədən verilən məlumata görə, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Qarant İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinə broker fəaliyyəti üçün verilmiş lisenziya bu il sentyabrın 16-da dayandırılıb.

Qeyd edək ki, bununla da qiymətli kağızlar bazarında 13 broker fəaliyyəti, 13 diler fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası, 2 klirinq və aktivlərin idarə olunması üzrə 2 təşkilatın xüsusi razılıqları (lisenziyalar) qüvvədədir.

“Qarant İnvest” 2011-ci ildə yaradılıb. MMC “Qarant Holdinq”ə daxil olan “Qarant Sığorta”nın törəmə müəssisəsi kimi fəaliyyət göstərib. Qeyd edək ki, “Qarant invest” nəqliyyat naziri ziya Məmmədovun oğlu Anar Məmmədova məxsusdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər