6 C
Baku
Sunday, December 15, 2024

Vergi borcu olan şirkətə 14 milyon manatlıq iş verildi

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti “Euroline” QSC ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri obyekti tərkibində bir obyekt üzrə Şəki rayonu ərazisində Kişçay, Şinçay, Daşağılçay və digər çaylarda  (Kişçay bölməsi) sahilbərkitmə işlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği 13 milyon 987 min manatdır.

Bildirək ki, “Euroline” QSC ilk dəfə iqtisadi fəaliyyətə “Əfqan” firması adı altında 15 aprel 1999-cü il tarixində başlayıb. 2000-ci illərin əvvəllərində Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətinin sifarişi əsasında ölkəmizin şimal-şərqində yerləşən rayonların çaylarında sahilbərkitmə işlərini həyata keçirib.

Onu da qeyd edək ki, “Euroline” QSC-nin 478 manat vergi borcu var.

Son xəbərlər
Digər xəbərlər