21 C
Baku
Thursday, September 19, 2024

İrandan Azərbaycana yığılmaq üçün gətirilən avtomobil hissələri ucuzlaşıb – idxal azalıb

BANKER.AZ/ Azərbaycana İran İslam Respublikasından daxil avtomobil hissələrinin həcmi kəskin düşüb. Cari ilin ilk 6 ayı ərzində ölkəmizə  381.4 ton həcmində avtomobil hissəsi daxil olub ki, bunun idxal dəyəri 2 079.85 min ABŞ dolları olması deməkdir.

Cari ilin ilk yarımilliyində Azərbaycana 672 ədəd minik avtomobili kuzovu gətirilib. Bunun da idxal dəyəri 732.57 min ABŞ dolları olması deməkdir. Məsələn, bu öncki ildə 1 008 ədəd avtomobil kuzovu daxil olmuşdu, bunun da idxal dəyəri 1 111.89 min dollar olması deməkdir.

2020-ci ildə kuzovun hər biri Azərbaycana ortalama 1 090 dollara başa gəlib. 2019-cu ildə isə bu 1 103 dollar idi.

Bildiyimiz kimi, İranın “Khodro” avtomobil zavodu Azərbaycanla (Azərmaş ASC) birgə Neftçalada benzinlə çalışan “Khazar” markalı avtomobillər istehsal edirlər. Dövlət Statistika Komitəsinin 2020-ci ilin yanvar-iyun ayları üzrə göstəricisinə görə Azərbaycanda 873 ədəd minik avtomobili istehsal edilib. Bu da öncəki illə müqayisədə 21.5% azalma olması deməkdir.

Azərbaycanın İrandan idxal etdiyi avtomobil hissələrinin həcmi öncəki ilin eyni dövründə 863.94   ton və ya 4,956.12 min ABŞ dolları həcmində avtomobil hissəsi idxal olunmuşdu. Yəni, 2.4 dəfə illik müqayisədə az olması deməkdir.

Son xəbərlər
Digər xəbərlər