Azərbaycanda fəaliyyət göstərən 3 bank olmayan kredit təşkilatı dövlət büdcəsinə olan vergi borcunu tam ödəyib.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, bu BOKT-lar “FinEx Kredit”, “Fintrend” və “Gold Finance”dır.
“FinEx Kredit”in 180 manat; “Fintrend” QSC-nin 8 883 manat; “Gold Finance”ın isə 1 387 manat vergi borcu var idi. 3 BOKT-un ümumi vergi borcu 10 450 manat təşkil edib.