8 C
Baku
Friday, December 13, 2024

Pandemiya nəticəsində turizm sektoruna dəyən ziyan açıqlandı

“Bu ilin beş ayı ərzində beynəlxalq turizm axınları yarıbayarından artıq, turizm xidmətlərindən əldə edilən mənfəət 320 milyard ABŞ dolları azalıb. Bilavasitə turizm sektoru ilə bağlı olan 120 milyonadək iş yeri təhlükədədir”.

Bunu BMT-nin Baş katibi Antonio Quterres deyib.

İqtisadiyyatın mühüm sahələrindən olan turizm sektorunda dünya əhalisinin onda birinin çalışdığını xatırladan təşkilat rəhbəri turizm sektorunun dolayı olaraq əlavə yüz milyonlarla insana qazanc gətirdiyini qeyd edib. Turizm sektorunda fəaliyyət göstərən orta və kiçik sahibkarlıq qurumlarında çoxlu sayda gənclərin və qadınların da çalışdığı, beləliklə, əhalinin ən həssas təbəqələrinin təhlükə altına düşdüyü də bildirildi.

BMT baş katibi turizm sektorunun bərpa olunması zamanı sosial ədalət, ictimai təhlükəsizlik, ətraf mühitinin mühafizəsi kimi məsələlərin əsas tutulmasının vacibliyini də vurğulayıb. Belə ki, turizmin “layiqli iş yerlərini ehtiva edən, sabit gəlir gətirən, habelə mədəni və təbiət irsimizin mühafizəsini təmin edən bir sahə olaraq bərpa edilməsi”nə səy göstərməyə çağırıb.

Son xəbərlər
Digər xəbərlər