2 C
Baku
Saturday, December 14, 2024

“Amazon” şirkəti mallarını dronlar vasitəsilə çatdıracaq

“Amazon” ABŞ-ın Federal Aviasiya İdarəsindən (FAA) malların dronlar vasitəsilə çatdırılması üçün icazə alıb. Banker.az xəbər verir ki, bu barədə şirkətə və tənzimləyiciyə istinadən “Bloomberg” yazıb.

Qeyd edildiyi kimi, “Amazon” dronların sınaqlarına başlamağı planlaşdırsa da, təfərrüatları açıqlamır. Mütəxəssislərin sözlərinə görə, riteylerin ABŞ-ın şimal-qərbində bir neçə sınaq sahəsi var.

Xatırladaq ki, 2019-cu ilin iyun ayında “Amazon” şaquli şəkildə qalxan və enən altıbucaqlı dron nümayiş etdirib. Bu cihaz yarım saatda çəkisi 2,2 kq-a qədər çəkisi olan bağlamaları dayısa bilir.

Qəzet vurğulayır ki, FAA-dan eyni icazələr “Wing” xidməti (“Alphabet”in törəmə şirkəti) və UPS logistika şirkəti alıb. Hər iki şirkət hal-hazırda dronları sınaqdan keçirməklə məşğuldur.

2020-ci ilin sonunadək FAA məhsulların dronlar vasitəsilə çatdırılmasını tənzimləyən qaydaları dəqiqləşdirməlidir. Şirkətlərin özləri isə dronların izlənilmədən təyin olunmuş marşrut üzrə uçmasını proqramlaşdırmağı düşünməlidirlər.

Son xəbərlər
Digər xəbərlər