Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi “su məhsulları ov mövsümü”nün açılışında Giresundakı sel fəlakətindən zərər çəkmiş vətəndaşlara dəstək məqsədilə keçirilən hərracda satışa çıxarılan bir yeşik balıq 1.7 milyon türk lirəsinə (təxminən 393 000 manat) satılıb.
Bu barədə “Hürriyet” məlumat yayıb.
Sözügedən hərrac 10 000 türk lirəsi ilə start götürüb və iş adamı Cemil Kazancı hərracın qalibi olub.