11 C
Baku
Wednesday, December 11, 2024

“Holcim” “Gilan İnşaat”la bağlı məhkəməyə müraciət edib

2006-cı ildə kommersiya və yaşayış obyektlərinin beynəlxalq səviyyədə layihələndirilməsi və inşaat edilməsi ilə məşğul olan “Gilan İnşaat” MMC şirkəti məhkəməyə verilib.

Banker.az-ın məlumatına görə, məhkəməyə verən ölkənin böyük sement istehsalçısı olan “Holcim Azərbaycan” ASC-dir.

“Holcim Azərbaycan” bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Məhkəməyə müraciətində “alqı-satqı müqaviləsi” üzrə mübahisələrin baş verdiyi anlaşılır.

Sement istehsalçısı ilə inşaat şirkəti arasında müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrə aydınlıq cari ayın 7 də gətirləcəyi gözlənilir. Hazırda iş icraatdadır.

“Gilan İnşaat”, “Gilan Holding” MMC-nin törəmə şirkətidir. Azərbaycanla yanaşı, Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan və digər ölkələrdə inşaat layihələrini reallaşdırır.

Son xəbərlər
Digər xəbərlər