15 C
Baku
Friday, October 18, 2024

Alibaba və onun ilk bankı

Çinin Alibaba Group Holding Ltd., şirkətinin bölməsi hökumətdən ÇXR-da şəxsi bank yaratmağa lisenziya əldə etdi. Bu Alibaba Group-un maliyyə xidməti bazarına çıxması üçün həlledici addım oldu.

Məlumatı aydınlaşdırmaq üçün qeyd edək ki, Alibaba şirkətinin ödənişlər və mikromaliyyələşmə üzrə ixtisaslaşmış bölməsi fəaliyyət göstərir. Onun tərkibinə həmçinin Alipay adlı prosessinq şirkəti də daxildir. Alibaba-nın maliyyə bölməsi artıq Xançjou şəhərində bankın 30%-nə sahibdir.

Yeni bankın yaradılmasında həm təsisçi qismində Fosun Group (25% səhm), Wanxiang Group (18% səhm) və Ningbo Jinrun Asset Management (16% səhm) çıxış edəcək.

Son xəbərlər
Digər xəbərlər