Azərbaycanda mehmanxana kompleksi ləğv edildi.
Banker.az xəbər verir ki, Şəki Şəhəri “Karvansaray” Mehmanxana Kompleksi ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini AZ1154 Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsi, ev 11 A ünvanına bildirə bilərlər.
Bildirək ki, “Karvansaray” Mehmanxana Kompleksi 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Mehmanxana Kompleksinin nizamnamə kapitalı 12000 manatdır və qanuni təmsilçisi Şahin Hüseynovdur.