1 C
Baku
Saturday, December 14, 2024

“LUKOIL” Rusiyanın 200 ən böyük özəl şirkətlərinin reytinqində birinci yerdədir

“Forbes”un verdiyi məlumata görə, Rusiyada yaşayan azərbaycanlı iş adamı Vahid Ələkbərovun rəhbərlik etdiyi “Lukoil” yenidən Rusiyadakı ən böyük özəl şirkətlərin reytinqində birinci yeri tutub.

Banker.az bu barədə “Banki.ru”ya istinadən xəbər verir.

Qeyd edildiyi kimi, ikinci yerdə “Surqutneftqaz”, üçüncü və dördüncü yerlərdə isə müvafiq olaraq “X5 Retail Group” və “Maqnit” şirkətləri dayanır. Ümumilikdə, reytinqdə 17 neft və qaz şirkəti var, onların illik gəliri isə 13,3 trilyon rubl təşkil edib ki, bu da ötən illə müqayisədə 3,3% azdır.

Xatırladaq ki, 2019-cu ildə reytinqin bütün iştirakçılarının ümumi gəliri 45,3 trilyon rubl təşkil etmişdir.

Bildirildiyi kimi, “Rusiyanın 200 ən böyük şirkəti” reytinqində sayca ticarətlə məşğul olan şirkətlər üstünlük təşkil edir – 51 şirkət. Onların ümumi gəliri 10,6 trilyon rubl təşkil edib.

Bundan əlavə, bu il reytinqdə daşınmaz əmlak şirkətləri də yer alıb (27,7%): İT – 21,7%, tikinti – 12%,, əlvan metallurgiya – 11,7%, maliyyə – 11,6%, telekommunikasiya –  9,93%, maşınqayırma – 9,4%, kimya sənayesi – 1,8%.

Qara metallurgiya 2,5%-ə, kömürçıxarma sənayesi isə 9,5% düşüb.

Son xəbərlər
Digər xəbərlər