15 C
Baku
Friday, October 18, 2024

Azərbaycanlı iş adamının adı çirkli pulları yumaqda hallandı

Prokurorun sözlərinə görə, araşdırmanın hazırki mərhələsində vergidən yayınma və pulların yuyulmasından dəyən zərər 290 milyon dollar kimi qiymətləndirilir

Azərbaycanlı iş adamı Vahid Ələkbərova məxsus “Lukoyl” neft şirkətinin Rumıniyadakı ofislərində axtarış aparılıb.

Prokuror, polis və gömrük əməkdaşlarının iştirakı ilə aparılan axtarış vergi ödəməkdən yayınma və çirkli pulların yuyulması ilə bağlı başladılan araşdırma çərçivəsində baş verib. Prokurorun sözlərinə görə, araşdırmanın hazırki mərhələsində vergidən yayınma və pulların yuyulmasından dəyən zərər 290 milyon dollar kimi qiymətləndirilir.

“Lukoyl”un nümayəndəsi də Rumıniya ofislərindəki axtarışı təsdiqləyib. O bildirib ki, axtarış nəticəsində tələb edilən sənədlər götürülüb.

Analitikləri isə bildirirlər ki, əgər fakt təsdiqini taparsa belə bu, şirkətin Ruminayadakı fəaliyyətini dayandırması anlamına gəlməyəcək.

Qafqazinfo

Son xəbərlər
Digər xəbərlər