ABŞ hakimiyyəti Dağlıq Qarabağdakı vəziyyəti diqqətlə müşahidə edir və baş verənlərin qarşısını alıb-ala bilməyəcəyini nəzərdən keçirir.
Bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
“Biz bunu çox diqqətlə izləyirik. Bu (hərbi əməliyyatlar – red), yenicə baş verdi, mənə bu barədə məlumdur. Bizim bu regionda çox yaxşı əlaqələrimiz var. Görək bunu dayandıra bilərikmi”, – Vaşinqton administrasiyasının başçısı deyib.