“İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. 2020-ci ilin yanvar-avqust aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 30 ölkəsinə 30,4 milyon ABŞ dolları xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 faiz artım deməkdir.
Banker.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin sentyabr sayında məlumat verilib.
“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil etmişdir. 2020-ci ilin avqust ayında isə “Azərkosmos” ASC dünyanın 19 ölkəsinə 2,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. “Azərkosmos” ASC-nin 2020-ci ilin yanvar-avqust aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, Malayziya və BƏƏ-dir.








