Fransanın xarici işlər naziri Jan-İv Le Drian azərbaycanlı və erməni həmkarları olan Zohrab Mnatskanyan və Ceyhun Bayramov ilə danışıqlar apararaq, tərəfləri hərbi əməliyyatların dayandırılmasına çağırıb.
“Danışıqlar zamanı heç bir şərt olmadan döyüş əməliyyatlarına son qoyulmasının vacibliyini bir daha təsdiq etdim. Belə ki, onların davam etməsi mülki əhali arasında itki sayını, o cümlədən Ermənistan və Azərbaycan arasındakı münaqişənin nəzarətdən çıxaraq, böyüməsi təhlükəsini artıracaq”.
“Həsöhbətlərimə münaqişənin beynəlmiləlləşməsi təhlükəsi barədə xəbərdarlıq etdim”, – nazir bildirir.
Banker.az bu barədə “Ria.ru”ya istinadən xəbər verir.