Ermənistan silahlı qüvvələri hazırda Xankəndi ərazisindən Tərtər şəhəri və Füzuli rayonunun Horadiz şəhərinin ərazisini raket atəşinə tutur.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı adekvat cavab tədbirləri görülür.
Digər açıqlamada Xankəndi şəhərindən şimalda Ballıcada yerləşən hərbi hissədən Azərbaycan Ordusunun bölmələrinin mövqeləri və yaşayış məntəqələrimiz son iki gün ərzində intensiv atəşə tutulduğu qeyd edilir.
Beynəlxalq təşkilatların nümayəndəlikləri vasitəsilə düşmənə bir neçə dəfə xəbərdarlıq edilməsinə baxmayaraq bu hələ də davam edir.
Düşməni növbəti dəfə xəbərdar edirik ki, Ballıcada yerləşən düşmən mövqelərinə qarşı tərəfimizdən adekvat tədbirlər görüləcək”, – deyə xəbərdarlıqda bildirilir.