“Ermənistan tərəfi yenə də dezinformasiyalar yaymaqla məşğuldur”.
Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
Onun sözlərinə görə, cəbhənin bütün istiqamətlərində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları davam edir: “Canlı və texnika sarıdan çoxlu itki verən düşmən artıq 60-70 yaşlı şəxslərdən istifadə etməyə başlayıb. Düşmənə qarşı adekvat tədbirlər görülür. Onların Gəncədəki hərbi obyektləri vurması ilə bağlı yaydığı xəbərlər tamamilə yanlışdır”.