20 C
Baku
Wednesday, October 9, 2024

ABŞ-ın fond birjaları prezident seçkiləri fonunda ardıcıl olaraq üç gündür artır

ABŞ-ın səhm bazarlarında noyabrın 3-ü keçirilmiş prezident və vitse-prezident seçkiləri fonunda ardıcı olaraq üç gündür ki, artım qeydə alınır: Dow Jones – 1,35% (27849,84 bənd), Nasdaq – 3,85% (11590,78 bənd), S&P 500 – 2,25% (3441,51 bənd).

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Mütəxəssislərin sözlərinə görə, bu, iyunun 5-dən bəri ən böyük günlük artımdır. Qeyd edək ki, SPXHC səhiyyə indeksi də yeddi ayda rekord 4,45% artıb. Eyni hal əczaçılıq şirkətlərinin qiymətli kağızları bazarında müşahidə olunub.

Buna baxmayaraq, potensial siyasi qeyri-müəyyənlik ABŞ xəzinə istiqrazlarının gəlirliyində azalmaya səbəb olub. Belə ki, iyun ayından bəri gəlirliyin ən böyük enişi 10 və 30 illik istiqrazlarda baş verib. İnvestorlar prezident seçkilərinin nəticələrini qısa zamanda açıqlanmağa çağırırlar ki, iqtisadiyyatı bərpasına başlamaq mümkün olsun.

Xatırladaq ki, ABŞ prezidentliyi uğrunda respublikaçı Donald Tramp və demokrat Co Bayden mübarizə aparır. “Fox News” və “CNN”nin verdiyi məlumata görə, səsvermədə Bayden liderlik edir.

Son xəbərlər
Digər xəbərlər