18 C
Baku
Thursday, October 10, 2024

ABŞ-ın Ədliyyə Nazirliyi “onlayn-narkotrafik kralı”dan oğurlanan 1 mlrd. dolları kriptovalyuta şəklində geri aldı

ABŞ cümə axşamı günü dəyəri 1 milyard dollardan çox olan 69 min bitkoinin müsadirə olunması üçün məhkəmədə iddia qaldırıb.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir ki, bu məbləğ kriptovalyuta şəklində hüquq-mühafizə orqanları tərəfindən ələ keçirilin, bu barədə ölkənin Ədliyyə Nazirliyi vəkil David Anderson və IRS CI-nin xüsusi agenti Kelli Cekson məlumat verib.

Ədliyyə Nazirliyinin hesabatında deyilir ki, daha əvvəl bu bitkoinlər narkotik və digər qanunsuz məhsulların satışı ilə məşğul olan “Silk Road” onlayn-mağazasının sahibinə, “Qorxulu Pirat Roberts”ə aid olub. 2015-ci ildə o, narkotik ticarəti və çirkli pulların yuyulmasında ittiham olunaraq həbs cəzasına məhkum edilib. “Wall Street Journal”un verdiyi məlumata görə, bu həbs ilin əvvəlində Ədliyyə Nazirliyi, Daxili Gəlir Xidmətinin Cinayət Araşdırmaları Birliyi və Bitkoin analitik proqramı yaradan iki özəl şirkət – “Chainalysis” və “Excygent” – tərəfindən başladılan istintaqın nəticəsi olub.

Müstəntiqlər əvvəllər diqqətdən kənarda qalan 54 sövdələşmə aşkar ediblər. Daha sonra 2012 və 2013-cü illərdə bir hakkerin bitkoinlərin bir hissəsini oğurladığı, digər hissəsini isə elektron cüzdanlardan birində saxladığı üzə çıxıb. Ədliyyə Nazirliyi həmin hakkerin tutulub-tutulmaması və ya istintaqa kömək edib-etməməsi ilə bağlı heç bir açıqlama verməyib.

Qeyd edək ki, “Qorxulu Pirat Roberts” “İpək Yolu”nu 2011-2013-cü illərdə idarə edib və maaşını bitkoin şəklində alıb. 2013-cü ildə o həbs edilib, sahib olduğu 175 min bitkoin isə müsadirə olunub.

“Onlayn-narkotik kralı”na qarşı əməliyyat 1 oktyabr 2013-cü il tarixində ABŞ Federal İstintaq Bürosu tərəfindən həyata keçirilib. Pensilvaniya Universitetinin məzunu və investisiya məsləhətçisi 29 yaşlı Ross Uilyam Ulbrix San-Fransisko kitabxanasında həbs edilib. Eyni zamanda 2,5 il ərzində hər gün 60 mindən çox ziyarətçisi olan saytın “Silk Road” domeni geri alınıb,

Qeyd edək ki, alıcı və satıcılardan komissiya tutmaq yolu ilə gəlir əldə edən “Silk Road”, yüzlərlə kiloqram qanunsuz maddənin satışına yol verib. Ulbrix təkcə “narkotiklərin yayılması” deyil, həmçinin çirkli pulların yuyulması və kompüterlərin “hack” edilməsində ittiham edilib.

Son xəbərlər
Digər xəbərlər