13 C
Baku
Friday, November 22, 2024

Maliyyə bazarında gözəgörünməz itkilər

Müəllif: Müstəqil analitik-treyder Lətif Baxışov

Maliyyə bazarında bir çox qazanclı sistemlər var. Amma bu uğurlu strategiyaların düzgün ticarət platformalarında tətbiqi, bir növ qazancı stimullaşdırır, itkiləri isə daha da məhdudlaşdırır. Məsələn, hesab edək ki, bizim bir qısa müddətli ticarətdə uğurlu bir ticarət sistemimiz var. Əvvəlcə qeyd edim ki, qısa müddətli ticarət aparanlar üçün spredlərin kiçikliyinin mahiyyəti olduqca mühümdür.

  “Spread” nədir? Bu bir sıra mənbələrdə qiymətin tələb (bid) və təklif (ask) arasında olan intervalı kimi qeyd olunur. Əslində isə bu fərq, ticarət platformasını təqdim edən bank və brokerlerin veriləcək ticarət əməliyyatlarından tutulacaq komisyon haqqıdır. Yəni, Eur/Usd cütlüyündə spred 2 punktdursa. Deməli 1 lot həcmində əməliyyat vermək üçün biz əməliyyatın dərhal icrasından sonra komisyon haqqı kimi brokerə 20 dollar pul ödəyirik.

Spredlərin kiçik olmasının ticarətçi üçün mahiyyəti nədən ibarətdir:

Hesab edək ki, hesabımız olan broker bizə Eur/Usd cütlüyündə ticarət aparmaq üçün 2 (şəkil 1.) spred təqdim edir və bu şərtlərlə ay ərzində 100 əməliyyat icra etmişik.

spreadŞəkil 1.

Nəticədə bu 100 əməliyyatdan 70-i uğurlu, 30-u isə itki ilə bitib. Hər qazanılan əməliyyat üçün əldə olunan mənfəət 10 punktdur, eyni ilə itirilən hər əməliyyat üçün itki də 10 punktdur. Deməli biz, 700 punkt gəlir, 300 punkt itki ilə ayı yekunlaşdırmışıq. Ümumi nəticədə 400 punkt gəlirimiz var. Deməli orta hesabla hər açılan əməliyyat üçün punkt hesabı ilə (400 punkt/100 əməliyyat) 4 punkt gəlir əldə etmişik. Bu halda nəzərə çarpmayan əlavə itkilər vardır ki, bir çox ticarətçilər bunu sezmir. İtkilər məhz spredlərin həcmcə böyük olmasından əmələ gəlir.

Hesab etsək ki, brokerin təqdim etdiyi spred 2 punktdursa, deməli hər əməliyyat üçün biz 2 punkt itiririk. Bu 100 əməliyyatda 200 punkt spred üçün komisyon haqqı edir. Deməli Biz 100 əməliyyatdan 400 punkt gəlir əldə etmək üçün gəlirin 50 % həcmində brokerə komisyon haqqı ödəmişik. Bir sözlə öz gəlirimizin tam yarısını avtomatik olaraq brokerlə bölüşmüş oluruq.

Bu hesablamalar tək Eur/Usd cütlüyü üçün şamil edilmir, digər valyuta cütlüklərində spredi 4-5-6…20 punkt təqdim edən brokerlər vardır ki, həmin cütlüklərlə ticarət apardıqda gəlirlərin böyük qismi sezilməyəcək şəkildə itirilir.

Bu cür gözə görünməz itkilərdən yayınmaq üçün, əvvəlcə  işləyəcəyiniz valyuta cütlüklərində daha az spred təqdim edən, etibarlı xidmət göstərən brokeri seçməlisiniz. Daha sonra əməliyyatları kəmiyyətcə azaltmaq, ticarət diapazonunu punkt hesabı ilə böyütmək lazımdır. İtkilər qaçılmaz və labüddür, ancaq ticarət diapazonu böyüdükcə, uğurlu əməliyyatların sayı artdıqca spredlərə itirilən pullar xalis gəlirlə müqayisədə çox kiçik görünür. Uzunmüddətli ticarət aparan ticarətçilər spekulyantlara nisbətən bazarda daha uzun ömürlü sayılırlar.

Son xəbərlər
Digər xəbərlər