7 C
Baku
Sunday, December 15, 2024

Rusiya ilk dəfə elektron platforma ilə Türkiyəyə qaz satacaq

“Gazprom export” 700 min kubmetr qazın Elektron Ticarət Platforması (ETP) vasitəsilə Türkiyəyə satılmasına dair ilk müqaviləsini imzalayıb.

Bu barədə şirkətin açıqlamasında deyilir.

“Gazprom export” 11 noyabr 2020-ci il tarixində ETP-də ticarət sessiyası çərçivəsində 2020-ci ilin dekabr ayında “Malkoçlar” məntəqəsinə çatdırılmaqla təbii qaz satışına dair müqavilə imzalayıb. Satılan qazın həcmi təxminən 700 min kubmetr təşkil edib. Bu, Rusiya qazının Türkiyə bazarına çıxarılması üçün ETP vasitəsilə keçirilən ilk əməliyyatdır”, – şirkətin açıqlamasında deyilir.

Xatırladaq ki, Türkiyə Rusiya qazının boru kəməri ilə əldə edən ən böyük alıcılarından biridir. Lakin son illər şirkətin Türkiyə bazarında “mavi yanacaq” satışları azalmaqdadır. Belə ki, ötən il satışlar 35% azalaraq 15,5 mlrd. kubmetrə enib. Bu ilin yanvar-sentyabr aylarında isə 25% azalaraq 8,854 mlrd. kubmetr təşkil edib.

Qeyd edək ki, ETP vasitəsilə ilk ticarət sessiyası 20 sentyabr 2018-ci il tarixində keçirilib. 2019-cu ildə “Gazprom export” platforma vasitəsilə 14,9 mlrd. kubmetr qaz realizə edib. Cari ilin yanvar-oktyabr ayları arasında platforma üzərindən 25,3 mlrd. kubmetr satılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər