2020-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana dəyəri 304 milyon 632 min ABŞ dolları olan əczaçılıq məhsulları idxal olunub.
Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, idxal olunan məhsulun dəyəri keçən ilin eyni dövrü ilə müqayisədə 68 milyon 934 min (29.2%) ABŞ dolları artıb.
Belə ki, 2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycana dəyəri 235 milyon 698 min ABŞ dolları olan əczaçılıq məhsullar gətirilmişdi.
Həmçinin ölkəyə idxal edilən məhsulun miqdarı cari ildə 18 min 750 ton təşkil edib.