Azərbaycanın dövlət büdcəsinin gəlirləri 2020-ci ilin ilk 10 ayı ərzində 20 207.1 mln(21.21 mlrd) manat , xərcləri isə 20 722.1 milyon manat olub. Bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsi məlumat yayıb.
Nəticədə dövlət büdcəsinin kəsiri 515 mln. manat olub. Bu isə o deməkdir ki, gəlirlərin oktyabr ayında artması hesabına, dövlət büdcəsinin kəsiri 162.6 mln. manat azalıb. İlin ilk 9 ayı ərzində büdcənin kəsiri 677.6 mln. manat idi.
Dövlət büdcəsinin ötən ilin analoji dövrü ilə müqayisədə gəlirləri 4.8%, xərcləri isə 12.3% artıb.