“Bakı Telefon Rabitəsi” MMC iki şirkətlə 9 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, bu şirkətlər “Bakıenerjitikinti” ASC və “Azərmaş Group” MMC-dir.
Müqavilələrdə müvafiq olaraq Tbilisi prospekti 107 ünvanında yerləşən inzibati binanın dam örtüyünün yenidən qurulması işlərinin satınalınması və Yük avtomobillərinin satın alınması nəzərdə tutulur.
“Bakı Telefon Rabitəsi” MMC Tbilisi prospekti 107 ünvanında yerləşən inzibati binanın dam örtüyünün yenidən qurulması işlərinin satınalınması üçün “Bakıenerjitikinti” ASC-yə 4 128 183 manat ödəyəcək.
Yük avtomobillərinin satın alınması üçün nəzərdə tutulan müqavilənin məbləği isə 4 800 000 manatdır.
Qeyd edək ki, “Bakı Telefon Rabitəsi” MMC Bakı şəhəri ərazisində dövlət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə, ən əsası əhaliyə ən müasir simli və simsiz texnologiyalar vasitəsilə stasionar telefon, genişzolaqlı internet, rəqəmsal TV və bir sıra digər telekommunikasiya və multimedia xidmətləri göstərir.






