9 C
Baku
Thursday, December 12, 2024

Gürcüstanda kredit götürüb restoran açmaq istəyən şəxslərə yardım olunacağını açıqladı

Turizimin iqtisadiyyatında mühüm pay sahibi olan Gürcüstanda bu sahə üzrə biznesi diriltmək üçün cəhdlər edilir.  Restoran sənayesində Gürcüstan yeni proqram hazırlayıb ki, bu biznesə başlayanlar üçün maliyyə imkanları açılsın.

“Restoran sənayesində yeni bir proqrama başlayırıq, bu kredit və lizinq yolu ilə restoran biznesinə başlayan şəxslərə ediləcək subsidyadır”.

Banker.az Gürcüstanın KİV-inə istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın İqtisadiyyat naziri Natia Turnava deyib.

Onun sözlərinə görə, sözügedən layihə üçün dövlət, 30 milyon lari ayracaq:

“Müraciətlər sabah başlayacaq. Bu, kifayət qədər böyük, həcmli bir komponentdir. 400 milyon lari kredit portfelinə malikdir. Təxminən 6 ayda bunun üçün 30 milyon lari büdcəyə ehtiyac olduğunu düşünürük.

Bunu ona görə deyirəm ki, hər kəs dövlətin xüsusi olaraq restoran sənayesinə nə qədər dəstək verdiyini bilməlidir. Ən azı 1 500 restoran bu yardımdan yararlana biləcək”, – deyə N. Turnava bildirib.

Son xəbərlər
Digər xəbərlər