16 C
Baku
Friday, October 18, 2024

Londonun Gherkin göydələnini braziliyalı investor $1 milyarda alıb

“Gherkin” göydələnini braziliyalı milyarder alıb

Braziliyalı milyarder Londonun memarlıq rəmzinə çevrilmiş və britaniyalıların “Gherkin” adlandırdıqları 40 mərtəbəli “St.Mary Axe” binasını alıb.

Bina satışa bu ilin yay aylarında çıxarılmışdı.

Bəzi məlumatlara görə, braziliyalı investor Joseph Safra Londonun mərkəzində yerləşən bina üçün 726 milyon funt sterlinq (1.1 milyard dollar) təklif edib.

Göydələn 2001-2004-cü illərdə məşhur britaniyalı arxitektor Norman Fosterin layihəsilə tikilib, tikinti 400 milyon dollara başa gəlib.

180 metr hündürlüyü olan bina elə layihələşdirilib ki, bu tipli digər binalarla müqayisədə 2 dəfə az elektrik enerjisi sərf edir.

Bu səbəbdən “Gherkin” binasını çoxları “ekoloji göydələn” adı ilə də çağırırlar. Gherkin həm də turşuya qoyulmaq üçün yararlı olan kiçik xiyar növlərinin adıdır.

“Gherkin” Londonun əsas rəmzlərindən birinə çevrilərək müasir memarlıq sənətininin ən məşhur nümunələrindən sayılır.

“Evans Randall” şirkətilə şərikli əsasda binanın sahibi olan Almaniyanın “IVG Immobilien” şirkəti ötən il müflis oluğunu elan etmişdi.

Hesablamalara görə, Londonun müasir mənzərəsini yaradan 10 ən məşhur binasının ümumi dəyəri 11 milyard dollar təşkil edir.

BBC

Son xəbərlər
Digər xəbərlər