“Qaradağ Tikinti Quraşdırma” Açıq Səhmdar Cəmiyyəti ayrılma yolu ilə yenidən təşkil olunur.
Banker.az xəbər verir ki, prosedur nəticəsində yaradılan “Invest In Property” Məhdud Məsuliyyətli Cəmiyyəti “Qaradağ Tikinti Quraşdırma” ASC-nin hüquqi varisi hesab olunur.
Qeyd edək ki, “Qaradağ Tikinti Quraşdırma” Açıq Səhmdar Cəmiyyəti 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Bu ASC-nin nizamnamə kapitalı 49 374 manatdır və qanuni təmsilçisi Zakir Abdullayevdir.