10 C
Baku
Wednesday, December 11, 2024

“McKinsey” 2021-ci ildə bankları daha böyük itkilər gözlədiyini proqnozlaşdırıb

2020-ci ildən 2024-cü ilədək qlobal bank sisteminin gəlirlərinin məcmu itkisi 1,5 trilyon dollar ilə 4,7 trilyon dollar arasında dəyişə bilər ki, bu da altı aylıq sənaye gəlirinə bərabərdir.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Böhrandan çıxmaq üçün banklar biznes-modellərini ciddi şəkildə yenidən nəzərdən keçirməli və davam edən dəyişikliklərə mümkün qədər tez reaksiya göstərməli olacaqlar.

Qeyd edək ki, “McKinsey”in ilkin ssenarisi altı aydan çox müddətdə qlobal bank sənayesinin gəlirinə bərabər olan itkilərin 3,7 trilyon dollara çatacağını nəzərdə tutur: 2019-cu ildə 8,9%, 2020-ci ildə 4,9%, 2021-ci ildə isə 1,5%. “McKinsey”in tərəfdaşı Mari-Klod Nado kapitalın bərpası ilə dividendlərin ödənilməsi arasında seçimin asan olmayacağını bildirib.

Proqnozlara görə, yaxın aylarda və illərdə banklar iki problem dalğası ilə qarşılaşacaq: birincisi, 2021-ci ilin sonuna qədər davam edəcək ciddi kredit itkiləri; ikincisi, bankların fəaliyyəti üçün təhdid olan və 2024-ci ilədək davam edə bilən faktorlar.

Bundan əlavə, rəqəmsal kanalların və rəqəmsal həllərin rolu əhəmiyyətli dərəcədə artacaq, çağrı mərkəzlərinin inkişafına daha böyük diqqət ayrılacaq, müştərilərə kömək strategiyaları mövcud şəraitə uyğunlaşdırılacaq.

Son xəbərlər
Digər xəbərlər