Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 166 643 nəfər ziyarətçi qəbul edib.
Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 1 361 919 nəfər və yaxud 89,1% azdır.
11 ay ərzində qonşu ölkəyə səfər edən bütün beynəlxalq ziyarətçilərin sayı isə illik müqayisədə 80,5% azalaraq 1 696 093 nəfər təşkil edib.
Hesabat dövründə Gürcüstana qönşu ölkələr – Türkiyə, Ermənistan və Rusiyadan üz tutan ziyarətçilərin sayında isə illik müqayisədə müvafiq olaraq 79,1%, 87,9% və 92,1% azalma qeydə alınıb.