Koronavirus pandemiyası üzündən dünyada səyahətlərin məhdudlaşması nəticəsində cari ilin 10 ayı ərzində turizm sektoruna bütövlükdə 935 milyard ABŞ dolları məbləğində zərər yetib.
Bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatından (UNWTO) bildirilib.
Məlumata görə, 2020-ci ilin yanvar-oktyabr ayları ərzində turizm infrastrukturunun qəbul etdiyi əcnəbi turistlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 900 milyon nəfər az olub. Nəticədə turizm sektorunun 1990-cı il səviyyəsinə qayıtdığı qeyd olunub.
Cari ilin yekununda beynəlxalq turistlərin sayının 70-75 faiz azalacağı gözlənilir. Bu da 1,1 trilyon ABŞ dolları həcmində maliyyə itkiləri deməkdir.