2 C
Baku
Sunday, December 15, 2024

Ərəblər Azərbaycanda külək elektrik stansiyasının inşaasına dair müqavilə imzalayacaq

Sabah Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “Acwa Power” şirkəti arasında, həmçinin bu şirkətlə “Azərenerji” ASC arasında 240 MVt gücündə külək elektrik stansiyasının layihəsi ilə bağlı müqavilələr imzalanacaq.

Bu barədə Banker.az-a nazirlikdən bildirilib.

Məlumata görə, imzalanma mərasimi onlayn olacaq.

Xatırladaq ki, 2019-cu ilin martın 17-də Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Müştərək Texniki Komissiyasının (JTC) 27-ci və Nazirlərin Birgə Monitorinq Komitəsinin iclası çərçivəsində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkəti arasında əməkdaşlıq haqqında memorandumu imzalanıb. Sənədi energetika nazirinin müavini Samir Vəliyev və “ACWA POWER” şirkətinin direktoru Ayad Əl Amri imzalayıb.

Anlaşma memorandumu Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə investisiya qoyuluşu, bunun üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üzrə əməkdaşlığın əsas prinsiplərini müəyyənləşdirir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkəti əsasən bərpa olunan enerji mənbələrindən istifadə və dəniz suyunun duzsuzlaşdırılması sahələrində ixtisaslaşmış şirkət olaraq enerji və su layihələrini həyata keçirir. Şirkət hazırda Asiya və Afrika ölkələrində, o cümlədən Misir, İordaniya və digər ölkələrdə külək və günəş enerjisi layihələrini həyata keçirir.

Son xəbərlər
Digər xəbərlər