2019-cu ilin 11 ayı ilə müqayisədə 2020-ci ilin 11 ayında Azərbaycandan fındıq, alma və xurma ixracı azalıb.
Banker.az Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir ki, bu il dəyər ifadəsilə fındıq ixracı 10% azalaraq 103 milyon 286 min dollar təşkil edib. Ötən ilin 11 ayında Azərbaycandan 114 milyon 760 min dollarlıq fındıq ixrac edilmişdi. Miqdar ifadəsilə fındıq ixracı isə 20 min 785 tondan 16 min 812 tona düşüb.
Alma ixracı dəyər ifadəsində 21.3% azalaraq 27 milyon 586 min dollar, miqdar ifadəsində isə 21% azalaraq 67 min 241 tona geriləyib.
Bu il dəyər ifadəsilə xurma ixracı 23.2% azalaraq 64 milyon 899 min dollar təşkil edib. Miqdar ifadəsilə xurma ixracı isə 119 min 319 tondan 93 min 104 tona düşüb.