-1 C
Baku
Sunday, December 15, 2024

2020-ci ildə təbii fəlakətlər dünya iqtisadiyyatına 150 mlrd. dollar zərər vurub

“Christian Aid” xeyriyyə təşkilatı 2020-ci ildə baş verən təbii fəlakətlərin dünyaya 150 milyard dollar ziyan vurmasına səbəb olduğunu açıqlayıb. Söhbət iqlim dəyişikliyi ilə əlaqəli təbii fəlakətlərdən gedir.

Banker.az bu barədə rus mətbuatına istinadən xəbər verir.

Qeyd edək ki, 150 milyard dollar dedikdə, yalnız sığortalanmış zərər nəzərdə tutulur. “Christian Aid”in hesabatı 2020-ci ilin ən dağıdıcı 15 fəlakətini göstərir. Onlardan 9-u dünyaya 5 milyard dollardan baha başa gəlib.

Bundan əlavə, təşkilat təbii fəlakətlərin hər bir ölkəyə fərqli ziyan vurmasına da diqqət yetirib. Məsələn, Çin 32 milyard dollar, Hindistan 10 milyard dollar, Pakistan isə cəmi 1.5 milyard dollar itirib. Eyni zamanda Çində təbii fəlakətlər nəticəsində 2 min insan, Çində isə cəmi 278 nəfər həlak olub.

Ümumilikdə, 2020-ci ildə 3 500 insan həlak olub, 13.5 milyon insan isə evindən məhrum olub.

Son xəbərlər
Digər xəbərlər