2 C
Baku
Saturday, December 14, 2024

Xərclənən pul artır, alınan ət isə azalır – İdxal bahalaşır

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 72 milyon 66 min ABŞ dolları dəyərində 39 min 458 ton ət idxal edib.

Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 403 min dollar (0.6%) çox və 6 min 841 ton (15%) azdır. Bu, idxal ətin bahalaşdığına işarədir.

2019-cu ilin 10 ayında isə Azərbaycana 71 milyon 663 min dollar dəyərində 46 min 299 ton ət idxal edilib.

Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,74%-ni təşkil edib.

Son xəbərlər
Digər xəbərlər