6 C
Baku
Sunday, December 15, 2024

Belarusda kütləvi peyvəndlənmə başladı

Belarusda Rusiya istehsalı “Sputnik V” preparatı ilə əhalinin koronavirusa qarşı kütləvi peyvəndlənməsinə başlanılıb.

Bu barədə Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) açıqlama yayıb.

Peyvəndin ilk partiyasının bu gün Belarusa gətirildiyi bildirilib.

“Belarus Səhiyyə Nazirliyi, Rusiya Federasiyası Səhiyyə Nazirliyi və Rusiya Birbaşa İnvestisiya Fondu Belarus əhalisinin “Sputnik V” preparatı ilə koronavirusa qarşı kütləvi peyvəndlənməyə başladığını elan etdi”,- deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, Belarus Rusiyadan sonra “Sputnik V”ni rəsmi olaraq qeydiyyata alan ilk dövlət olub.

Xatırladaq ki daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusa inanmadığını və peyvənd olunmayacağını açıqlamışdı.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər