Bu ilin noyabr ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda apardıqları əməliyyatların dəyəri 23.2 milyon manat təşkil edib.
Banker.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac icmalı”nın dekabr sayına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü müqayisədə 67.1 milyon manat və yaxud 74.3 % azdır.
2020-ci ilin yanvar-noyabr aylarında isə əcnəbilərin bank kartları vasitəsi ilə əməliyyatları isə 1 il əvvələ nisbətən 761.8 milyon manat yaxud 65.4 % azalaraq 402.3 milyon manata düşüb.