8 C
Baku
Friday, December 13, 2024

Azərbaycan balıq və dəniz məhsullarının idxalını azaldıb, ixracını isə 2 qat artırıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana idxal olunan balıq və dəniz məhsullarının dəyəri azalıb.

Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılmış hesablamalara görə, cari ilin 11 ayında ölkəyə dəyəri 18 949 min ABŞ dolları təşkil edən balıqlar və xərçəngkimilər, molyusklar və digər su onurğasızları idxal edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 2 590 min dollar və ya 12% azdır.

Hesabat dövründə ölkədən ixrac olunan balıq və dəniz məhsullarının dəyəri cəmi 1 058 min dollar təşkil edib ki, bu da illik ifadədə 2 dəfə çoxdur.

Son xəbərlər
Digər xəbərlər