-1 C
Baku
Sunday, December 15, 2024

Boris Conson Hindistana səfərini təxirə salıb

Böyük Britaniyanın Baş naziri Boris Conson yanvar ayının sonunda Hindistana planlaşdırılan səfərini təxirə salıb.

Bu barədə Baş nazirin ofisi məlumat yayıb.

“Bu gün səhər Baş nazir Boris Consonun hindistanlı həmkarı Narendra Modi ilə telefon danışığı baş tutub. Boris Conson yanvar ayının sonunda Hindistana planlaşdırılan səfərinin baş tutmayacağı barədə təəssüf hissi ilə Narendra Modiyə məlumat verdi”, – deyə bildirilib.

Böyük Britaniyada tətbiq olunan karantinlə əlaqədar olaraq və koronavirusun yayılma sürətini nəzərə alaraq Baş nazirin xəstəliyə qarşı mübarizə səylərinə rəhbərlik etməsi üçün ölkədə qalmasının vacibliyi vurğulanıb.

Son xəbərlər
Digər xəbərlər