Maliyyə Nazirliyi hərracda tələbin yüksək olduğunu görüb, məbləği artırdı

5 yanvar 2021-ci il tarixində Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin (AZ0106001883 ISIN-li), 25 mln. manat həcmində, 1 092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 10 investor tərəfindən qiyməti intervalı 91.4411 (10.9224%) və 100.0000 (7.5000%) olan 18 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97.4001 (8.5000%), orta ölçülmüş qiyməti 97.9276 (8.2944%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 71,464,400 manat yerləşdirilmiş həcmi isə 37,500,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 2 yanvar 2024-cü il.

Hərrac iştirakçıları 6 yanvar 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər