Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi və Süni İntellekt və Məlumat Agentliyi mobil telefonlardakı yeni əlavə vasitəsilə COVID-19-a qarşı peyvənd vurduran şəxslər üçün “Tibbi pasport”un tətbiq edildiyini açıqlayıb.
Məlumatı səhiyyə naziri Tevfik bin Fəzvan əl-Rabiyəyə istinadla SPA informasiya agentliyi yayıb.
Məlumatda qeyd olunub ki, iyunun 7-də COVID-19 əleyhinə peyvəndin ikinci dozasını vurduran nazir, həmçinin mobil telefonda yeni əlavəni də nümayiş etdirib. O deyib ki, vətəndaşların peyvəndlənmə prosesi – dozaların sayı və vurulma tarixi bu “pasport”da qeyd olunacaq. Nazir əlavə edib ki, krallıqda indiyədək 100 mindən çox insana peyvənd vurulub.