1 C
Baku
Saturday, December 14, 2024

Çinin valyuta ehtiyatları 3,2 trln. dolları ötüb

Dünyada ən böyük valyuta ehtiyatlarına malik olan Çin Xalq Respublikasının valyuta ehtiyatları dekabr ayında 1,2% artaraq 3,217 trln. ABŞ dollarına yüksəlib.

“Finmarket”in verdiyi məlumata görə, bu barədə Çin Xalq Bankının açıqlamasında deyilir.

Qeyd olunur ki, valyuta ehtiyatlar ardıcıl olaraq ikinci ay artıb və 2016-cı ilin aprel ayından bəri ən yüksək səviyyəyə çatıb.

Mütəxəssislər ehtiyatların orta hesabla 3,19 trilyon dollara yüksələcəyini proqnozlaşdırırdı.

Dekabr ayında yuanın ABŞ dollarına qarşı məzənnəsi 0,8% artıb. Bununla yanaşı, Çin hazırda koronavirus pandemiyasının yaratdığı böhrandan sonra iqtisadi dirçəlişdə lider olduğundan, çinli emitentlərin səhmlərinə və istiqrazlarına investor fondlarının axını artıb.

Dekabrda Çinin qızıl ehtiyatları dəyər ifadəsində noyabr ayındakı 110,41 mlrd. dollardan 118,25 mlrd. dollara yüksəlib.

Son xəbərlər
Digər xəbərlər