““YAŞAT kart”la bağlı layihə üzərində iş gedir”.
Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bu gün keçirilən mətbuat konfransında məlumat verib.
O bildirib ki, şəhid və qazi ailələrinə “YAŞAT kart” veriləcək:
“Bu kart ictimai iaşə obyektlərində, hotellərdə, nəqliyyatda və digər yerlərdə istifadə oluna biləcək. Həmin kart vasitəsilə müəyyən güzəştlər tətbiq olunacaq. Bu kart ailənin statusunu müəyyən edəcək kart olacaq”.