2 C
Baku
Saturday, December 14, 2024

Bakı Kiyevə Azərbaycan-Ukrayna İşgüzar Şurası yaratmağı təklif edib

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Ukrayna İşgüzar Şurasının yaradılmasını təklif edib.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, nazir Ukraynanın Bakıdakı səfiri Vladislav Kanevski ilə görüş zamanı müvafiq təklif ilə çıxış edib.

Nazir bildirib ki, Azərbaycanla Ukrayna arasında iqtisadi əməkdaşlığın inkişafı üçün böyük potensial var.

“Azərbaycanın iqtisadi sahədə əlaqələrə təkan verə biləcək yeni mexanizmlərin yaradılmasının tərəfdarı olduğunu vurğulayan Cabbarov bu məqsədlə Hökumətlərarası Komissiya çərçivəsində iqtisadi əməkdaşlıq üzrə İşçi Qrupunun və Azərbaycan-Ukrayna İşgüzar Şurasının yaradılmasını təklif edib”, – məlumatda qeyd olunur.

Son xəbərlər
Digər xəbərlər