Böyük Britaniya sakini Milli lotereyada qalib olaraq 20 milyon avro udub. Bu barədə “Sky News” xəbər verir.
Qalibin adı açıqlanmır.
Qeyd edilir ki, daha beş nəfərin biletlərində beş uduşlu rəqəm üst-üstə düşüb. Buna görə də onlar 1 milyon avro qazanıblar.
Xatırladaq ki, Britaniya Milli lotereyası dövlət tərəfindən maliyyələşdirilir. Lotereya oyunları 1994-cü ildən keçirilir.