11 C
Baku
Sunday, December 7, 2025

Azərbaycanda neft hasilatı 8% azalıb, qaz hasilatı isə 6.3% artıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ildə 37.1 milyard manatlıq və ya 2019-cu illə müqayisədə 5 faiz az sənaye məhsulu istehsal edilmişdir. Bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6.9 faiz azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 12.5 faiz artmışdır.

Sənaye məhsulunun 61.3 faizi mədənçıxarma sektorunda, 32.5 faizi emal sektorunda, 5.3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0.9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 6.3 faiz artmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2.4 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 10.4 faiz azalmışdır.

Son xəbərlər
Digər xəbərlər