2 C
Baku
Saturday, December 14, 2024

Kriptovalyutaların bazar dəyəri tarixi yüksəlişdən sonra $200 mlrd. azalıb

Bu ay bütün kriptovalyutaların azar dəyəri təxminən 200 milyard dollar azalaraq, rekord 1.1 trilyon dollardan 926 milyard dollara düşüb.

“CoinMarketCap” onlayn-birjasına baxsaq, itkilərin böyük hissəsinin “bitcoin” üzərinə düşdüyünü görəcəyik. Bu gün səhər saatlarında “bitcoin”in qiyməti son iki həftədə ən aşağı səviyyəyə enib və bu, kriptovalyutanın ümumi həcminin dəyərini təxminən 180 milyard dollar azaldıb. Eyni zamanda, “Ethereum” (7%), “XRP” (3.5%) və “Cardano” (3%) kriptovalyutaları ucuzlaşıb.

“Forbes USA” “bitcoin” qiymətinin səlahiyyətlilərin və analitiklərin siqnalları fonunda düşdüyünü vurğulayırlar. Məsələn, “JPMorgan Chase” onu “kəskin stres dövründə risklərdən qorunma üçün ən az etibarlı vasitə” adlandırıb. Analitiklər araşdırmalarına istinad edərək, böhran vəziyyətində portfelləri şaxələndirmək üçün kriptovalyutadan istifadə etməməyi tövsiyə edirlər. Onların fikrincə, “bitcoin” qısamüddətli səhm bazarındakı geriləmələri zəif şəkildə kompensasiya etməklə yanaşı, pərakəndə investorlar arasında populyarlığının yüksək olması səbəbəindən iqtisadi dövrlərdən asılı olan siklik səhmlərə bənzəyir.

ABŞ prezidenti Co Baydenin ölkənin maliyyə naziri vəzifəsinə təyin etdiyi Janet Yellen kriptovalyutaların “xüsusi narahatlıq” üçün səbəb olduğunu qeyd edib. “Düşünürəm ki, kriptovalyutaların əksəriyyəti əsasən qeyri-qanuni maliyyələşdirmə üçün istifadə edilir”, – maliyyə naziri bildirib. O, çirkli pulların yuyulması problemi ilə mübarizə aparmaq üçün kriptovalyutaların istifadəsi üzərindəki nəzarəti gücləndirməyi tövsiyə edib.

Xatırladaq ki, ötən ildə “bitcoin” 2017-ci ildə qeydə alınan rekordu yeniləyərək 19 800 dollara çatmışdır. Bundan sonra qiymət dəyişməyə başlayıb. “Forbes USA” yeni kriptomilyarderlərin adlarını çəkir – Tayler və Kemeron Uinklvoss qardaşları. Onlar kriptovalyutaya 65 milyon dollar sərmayə qoyublar.

Son xəbərlər
Digər xəbərlər