10 C
Baku
Wednesday, December 11, 2024

Bayden və Makron İranın nüvə problemini birlikdə həll etməyə razılaşdılar

ABŞ və Fransa prezidentləri Co Bayden və Emmanuel Makron telefon danışığı zamanı Yaxın Şərqdəki problemləri birlikdə həll etməyə razılaşıblar.

Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

Liderlərin “səmimi və təfərrüatlı iş söhbətini apardıqları” qeyd olunur. Prezidentlər pandemiya ilə üzləşən zəif ölkələrə dəstək verməklə yanaşı, ABŞ-ın Paris sazişinə qayıtmasının beynəlxalq ictimaiyyətin sənəddəki öhdəliklərini yerinə yetirməsinə kömək edəcəyinə söz veriblər.

Bundan əlavə, Yelisey sarayında Makron və Baydenin beynəlxalq təhlükəsizliklə əlaqəli çoxtərəfli məsələlərdə eyni fikirdə olduqları müəyyən edilib. Xatırladaq ki, 2018-ci ildə Vaşinqton Tehranla Birgə Hərtərəfli Fəaliyyət Planından çıxdığını açıqlamışdır ki, bundan sonra İrana qarşı “iqtisadi boğma” kampaniyasına başlanılıb. Birgə Hərtərəfli Fəaliyyət Planı 2015-ci ildə İran və BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvü arasında imzalanıb. Müqavilənin müddəti 2021-ci ildə başa çatır.

Yanvarın əvvəlində İranın lideri Əli Xamenei Vaşinqtonun nüvə razılaşmasına qayıtmasının yalnız sanksiyaların ləğv edilməsi halında əhəmiyyət kəsb edəcəyini söyləmişdir.

Son xəbərlər
Digər xəbərlər